Azərbaycan əsilli keçmiş futbolçu boksda debüt etdi - VIDEO

Azərbaycan əsilli keçmiş futbolçu boksda debüt etdi - VIDEO

Ukraynanın futbol üzrə yığmasının və Moskva "Lokomotiv"inin keçmiş yarımmüdafiəçisi, azərbaycan əsilli futbolçu Aleksandr Əliyev "Битва" ("Döyüş") şousu çərçivəsində boskda debüt edib.

"Report" xəbər verir ki, bununla bağlı videogörüntü XSPORT.uanın "Youtube"dakı kanalında paylaşılıb.

35 yaşlı Əliyevin ilk rəqibi aktyor Nikita Vasilyuk olub. Döyüş keçmiş futbolçunun məğlubiyyəti ilə başa çatıb.

Əliyev Kiyevin "Dinamo", Moskvanın "Lokomotiv" və Mahaçkalanın "Anjı" klublarında çıxışlarına görə məşhurdur. Onun son komandası Qazaxstanın "Taraz" klubu olub.

Mənbə: report.az