102 yaşlı Cümhuriyyətin 114-cü yerdəki futbolu – Acı gerçəklik

102 yaşlı Cümhuriyyətin 114-cü yerdəki futbolu – Acı gerçəklik

Mayın 28-i qəlbi Azərbaycan sevdasıyla döyünən hər bir vətəndaşımız üçün özəl gün idi. Canımız qədər sevdiyimiz, varlığı ilə qürurduyduğumuz, adını hər yerdə fəxrlə çəkdiyimiz Azərbyacanımızın yaranış gününübayram edirdik.

Düz 102 il əvvəl dəyərli kişilər yoxdan birCümhuriyyət var etdilər, onu qurdular, yaratdılar, dünyaya tanıtdılar. Cəmi 23ay yaşamağı bacaran həmin o Cümhuriyyət dünya tarixində heç vaxt silinməsimümkün olmayan izlər buraxdı. Məhəmməd Əmin Rəsulzadənin və onunsilahdaşlarının bu tarixi əsəri müsəlman şərqində ilk Xalq Cümhuriyyəti, yəniDemokratir Respublika olmaqla yeni bir səhifənin başlanğıcı oldu. Həmin dövrünqarışıqlığı, dünyanın siyasi xəritəsinin yenidən formalaşmağa başlaması, mürəkkəbcoğrafiyada yerləşməyimiz, qonşularımızın varlığımızı həzm edə bilməməsi, Bakıneftini əldən buraxmaq istəməyən Rusiya İmperiyasının içimizdəki xainlərlə dilvə işbirliyinə varması Azərbaycan Xalq Cümhuriyyərinin ömrünü qısa etdi. Ammaartıq yeni tarix yazılmışdı və Rəsulzadənin səpdiyi müstəqillik toxumu, yüksəltdiyiüçrəngli bayrağın ideologiyası mütləq yenidən cücərəcək, o bayrağı yenidən yüksəklərəqaldıracaqdı. Elə də oldu. 1991-ci ilin 18 oktyabrında Azərbaycan yenidən özmüstəqilliyini elan etdi.

Həmin tarixi gündə elan olunan konstitusiya aktındaçox vacib bir bənd yer alırdı: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidi”.Deməli, 1918-ci ildə olduğu kimi, 1991-ci ildə də Azərbaycanda çox böyük kişiləryaşayıb. Həmin kişilər vacib məqamda Məhəmməd Əmin Rəsulzadənin və onunsilahdaşlarının qurduğu Cümhuriyyəti unutmayıb, özlərini bu missiyanındavamçısı elan ediblər. Missiyanın adı isə müstəqil Azərbaycan dövlətini gücləndirmək,yaşatmaq, onu dünyaya tanıtmaq, imzaların içinə imzamızı yazmaq idi. İlkvaxtlar bunu çətinliklə də olsa, bacardıq. Müstəqil ölkə kimi dünya birliyinəinteqrasiya etdik, özümüzü tanıtdırmağa başladıq, kövrək addımlarla irəliləməyə,böyüməyə başladıq. Hərə öz sahəsində müstəqil ölkəmizə töhfəsini verməyəçalışdı, əlindən gələni etdi. "Hər şey Azərbaycan üçün” şüarı dilimizin əzbərinə,qəlbimizin hakiminə çevrildi. Elə bu həmrəyliyin, elin gücünü selin gücünəçevirmək çabalarının sayəsində öz ayaqlarımızın üzərində möhkəm durmağıbacardıq, imzamızı izmaların içində göstərə bildik.

Bütün başqa sahələrdə olduğu kimi, futbolda da müstəqilliyimizigöstərməyimiz vacib idi. O vaxtın futbol funskionerləri, futbolçuları ilə dəfələrləbu mövzuda söhbətləşmişəm. AFFA-nın o vaxtkı təsis konfransının NeftAkademiyasının akt zalında necə keçirilməsindən, məhz Avropanın futbol ailəsinədaxil olmağımız üçün necə prinsipiallıq göstərilməsindən xəbərdaram. Məhz həminvacib və uzaqgörən addımla Azərbaycan Asiya ölkələrinin arasında itməyib,özümüzü Avropaya pərçim edə bilmişik. Elə bunun da sayəsində günümüz ərəblərlətop-top oynamaqla keçməyib, Almaniya, İngiltərə, İtaliya kimi futbol ölkələriyləbir sırada dayanmışıq, bu komandaları Bakıya gətirmişik. Klublarımız "köhnədünya”nın klub turnirlərinə qatılıb, Azərbaycan çempionu dünyanın ən nüfuzluidman yarışlarından biri sayılan Çempionlar Liqasının qrup mərhələsindəoynamaq, bununla da özünü tanıtmaq imkanı qazanıb. Hələ rəhmətlik FuadMusayevin necə mürəkkəb şəraitdə milli komandanı formalaşdırmasını, Gürcüstanlayoldaşlıq görüşünü tez-tələsik təşkil edib, oyunun protokolunu UEFA-ya göndərməsinidemirəm. Bu tələskənlik ona görə idi ki, tarix boyunca yırtıcı dişləriniüstümüzə qıcayan ruslar bizdən asanlıqla əl çəkmək istəmirdilər. Azərbaycanfutbolunun yetirmələri Nazim Süleymanovu, Vəli Qasımovu qamarlamaq istəyənşimallılar onları şirin vədlərlə yoldan çıxarmaq, bizdən uzaqlaşdırmaq fikrindəidilər. Bəlkə də heç öz milli komandalarında da oynatmayacaqdılar, əsas niyyət Azərbaycanızəiflətmək idi. Yaxşı ki, rəhmətlik Musayevin uzaqgörənliyi və qətiyyəti,Süleymanovla Qasımovun əsl vətəni seçməsi rusların bu niyyətini gözlərindəqoydu.

Bütün bunlar yaxın və uzaq keçmişin dərsləridi. Fədakarvə vətənpərvər insanların sayəsində müstəqilliyimizi qorumaq, nüfuzlu təşkilatlardaözümüzü qəbul etdirmək mümkün olub. Bunları düşünəndə qürurlanırıq, qəlbimiz fərəhhissiylə dolur. Çox təəssüf ki, Azərbaycan adının FİFA-nın reytinqsıralamasında yazıldığı pilləni görəndə bu fərəh hissinin yerini xəcalət tutur.114-cü sıra, Farer adalarından, Zimbabvedən, Nigerdən, Mozambikdən, Fələstindən,Haitidən... mənfur qonşularımız ermənilərdən geridə qalmağımız, onlara aşağıdanyuxarı baxmağımız bizi utandırır, qəlbimizi incidir, qürurumuzu əzir. Çox təəssüfki, hazırda AFFA-ya rəhbərlik edənlər, hər il bu qurumun büdcəsinə neftpullarından ayrılan milyonları havaya sovurub, ciblərini dolduranlar xəcalət çəkmirlər.Pulumuzu Foqtsa, Prosineçkiyə, Lippertə, Yurçeviçə və bu tip gəlmələrə yedirənlərtarix, vətən qarşısında məsuliyyət hissindən uzaq adamlardı. Məhz onların pulahərisliyi, futbola uzaqlığı, vurdum-duymazlığı sayəsində 102 yaşlı Azərbaycanınadı dünya sıralamasında 114-cü sıradadı. Qoy AFFA-nın başbilənləri bu biabırçıduruma görə 102 il əvvəl Cümhuriyyəti quran kişilərdən, 1991-ci ildə onu bərpaedənlərdən, elə xalqımızdan da üzr istəsin. Özünüzdə cəsarət tapın!

Mənbə: sport7.az