Levandovski "Qızıl buts" mübarizəsində vahid lider oldu - SİYAHI

Levandovski "Qızıl buts" mübarizəsində vahid lider oldu - SİYAHI

Robert Levandovski

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski "Qızıl buts" uğrunda mübarizədə vahid liderə çevrilib.

"Report"un məlumatına görə, polşalı hücumçu "Fortuna" ilə Bundesliqanın XXIX tur matçında dubl edərək, qollarının sayını 29-a çatdırıb. O, İtaliya "Latsio"sunda çıxış edən ən yaxın izləyicisi Çiro İmmobileni 2 top geridə qoyub.

1. Robert Levandovski ("Bavariya", Almaniya) - 29 qol (58 xal)

2. Çiro İmmobile ("Latsio", İtaliya) - 27 (54)

3. Timo Verner ("Leyptsiq", Almaniya) - 24 (48)

4. Erlinq Holand ("Borussiya" Dortmund, Almaniya) - 26 (44)

5. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 21 (42)

6. Lionel Messi ("Barselona", İspaniya) - 19 (38)

7. Ceymi Vardi ("Lester", İngiltərə) - 19 (38)

8. Kilian Mbappe (PSJ, Fransa) - 18 (36)

9. Vissam Ben-Yedder ("Monako", Fransa) - 18 (36)

10. Romelu Lukaku ("İnter", İtaliya) - 17 (34)

Qeyd edək ki, Erlinq Holandın mövsümün ilk yarısını keçirdiyi "Zaltsburq"da qol sayı 16, Dortmund "Borussiya"sında 10-dur. Avstriya Bundesliqasında qol əmsalı 1,5-ə, Almaniyada isə 2-yə bərabərdir. Bu səbəbdən, üst-üstə 26 qol vurmasına baxmayaraq, norveçli hücumçunun qol əmsalı 44-dür.

Mənbə: report.az