“Mançester Siti” futbolçunun evindən külli miqdarda oğurluq edildi

“Mançester Siti” futbolçunun evindən külli miqdarda oğurluq edildi

Riyad Marez

Naməlum səxs və ya şəxslər "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezin evində külli miqdarda oğurluq ediblər.

Bu barədə "Report" "The Sun" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, cinayətkarlar 29 yaşlı oyunçunun qol saatını, qızıl zinət əşyalarını və Marezin kolleksiyasından köynəklər aparıblar.

Ümumi ziyan yarım milyon funt sterlinq təşkil edib. Təkcə oğurlanmış "Richard Mille" markalı saatın qiyməti 230 min ABŞ dollarına bərabərdir.

Mənbə: report.az