İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

İngiltərə Futbol Liqası Çempionşipdə son koronavirus testlərinin nəticələrini dərc edib.

"Report"un məlumatına görə, yoxlama prosesindən 24 klubun 1058 futbolçusu keçib. Həmin testlərin 10-u müsbət çıxıb.

Adları açıqlanmayan oyunçular və klub əməkdaşları özünütədric rejiminə göndəriləcək, daha sonra təkrarən yoxlanılacaqlar.

Qeyd edək ki, testin ilk mərhələsi zamanı Çempionşipdə 7 yoluxma aşkarlanmışdı.

Mənbə: report.az