Makqreqor 12 aya nə qədər qazanıb?

Makqreqor 12 aya nə qədər qazanıb?

"Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını təqdim edib.

Fanat.Az xəbər verir ki, siyahıya qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılardan yalnız Konor Makqreqor top-100-ə düşüb.

O, son 12 ayda 48 milyon avro gəlir əldə edib. Bu məbləğin 32 milyonu döyüşlərdən qazanılan, qalanı reklamdan gələn puldu.

Maraqlıdı ki, irlandiyalı UFC döyüşçüsü geridə qalan 1 il ərzində yalnız 1 dəfə oktaqona çıxıb. Konor yanvar ayında Donald Serroneni nokautla yenib.

Qeyd edək ki, Makqreqorun öz biznesi var. Dəlisov idmançı viski istehsalı ilə məşğul olur.

Mənbə: www.fanat.az