Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO

Azərbaycan əsilli sabiq futbolçu rinqə çıxdı – VİDEO

Karyerasının sonuncu peşəkar klubu Qazaxıstanın "Taraz"ı olan Aleksandr Əliyev boks yarışında aktyora uduzub

 Ukrayna yığmasının və Moskva "Lokomotiv"inin sabiq yarımmüdafiəçisi, Azərbaycan əsilli oyunçu Aleksandr Əliyev futbolçu karyerasını başa vuraraq “Bitva” (“Döyüş”) şousu çərçivəsində boksda debüt edib.

Eks-futbolçunun boks döyüşünün videosu XSPORT.ua. saytının "YouTube" kanalında yayımlanıb.

Otuz beş yaşlı Əliyev rinqə aktyor və model Nikita Vakulyukla çıxıb. Mübarizə eks-futbolçunun məğlubiyyəti ilə başa çatıb.

Əliyev Kiyevin "Dinamo", Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışları ilə tanınır.

Futbolçu karyerasında oynadığı sonuncu peşəkar klub Qazaxıstanın "Taraz" klubu olub.

Bundan əvvəl, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Aleksandr Əliyevə Azərbaycan yığmasının tərkibində çıxış etməyi təklif etsə də, futbolçu bundan imtina edib. Əliyev 2005-ci ildən 2010-cu ilə və 2011-ci ildən 2013-cü ilə qədər Kiyevin "Dinamo" klubunun heyətində çempion olub.

"Bitva" şousunun beşinci mövsümü mayın 29-da start götürüb. Layihə çərçivəsində tanınmış bloqçular, aktyorlar, müğənnilər, televiziya aparıcıları və idmançılar boks qaydalarına əsasən rinqdə görüşürlər.

Mənbə: sputnik.az