Saul "Atletiko"dan getdi

Saul "Atletiko"dan getdi

Saul Niges "Atletiko"dan ayrılıb.

Sport7.az xəbər verir ki, 26 yaşlı futbolçu komandadan getdiyini şəxsi tvitter səhifəsində açıqlayıb. Başqa kluba keçdiyini bildirən futbolçu yaxın günlərdə detallarla bağlı məlumat veriləcəyini də söyləyib.

Futbolçu ilə "Mançester Yunayted"in maraqlandığı açıqlanmışdı. İspan yarımmüdafiəçi ilə komandanın baş məşqçisi Ole Qunar Sulşer şəxsən maraqlanırdı.

2019/20 mövsümündə "Atletiko" ilə birlikdə 37 matça çıxan Saul, 4 qola müəlliflik edib.

Sport7.az

Mənbə: sport7.az