"Formula-1": Təsnifat mərhələsini qısa yarışlar əvəzləyə bilər

"Formula-1": Təsnifat mərhələsini qısa yarışlar əvəzləyə bilər

"Formula 1"in reqlamentində dəyişiklik ola bilər.

"Report"un "Motorsport"a istinadən məlumatına görə, cari mövsüm təsnifat mərhələsini qısa yarışlar əvəzləyəcək.

"Formula 1" rəhbərliyi iştirakçılara şənbə günləri 30 dəqiqəlik qısa yarışlar təklif edib. Bu zaman start düzülüşü ümumi sıralama ilə tərs mütənasib olmalıdır. Yəni, çempionatın lideri yarışa sonuncu yerdən başlamalıdır və bu, ümumi təsnifatda ilk "20-lik" müəyyənləşənədək davam etməlidir.

Beynəlxalq Avtomobil Federasiyası ideyanı dəstəkləsə də, bunun təsdiqlənməsi üçün "Formula 1"in 10 komandasının yekdil razılığı lazımdır.

Mənbə: report.az