Muslera "Qalatasaray"dan göndərilir? - Şok səbəb

Muslera "Qalatasaray"dan göndərilir?   - Şok səbəb

Uzun müddətdir "Qalatasaray"da çıxış edərək, adını klubun əfsanələri sırasına yazdıran qapıçı Fernando Muslera komandanı tərk etməyə yaxındır.

Buta.ws Offsideplus.az-a istinadən xəbər verir ki, buna səbəb Türkiyə Futbol Federasiyası(TFF) növbəti mövsümdən etibarən Superliqa-da çıxış edən əcnəbi oyunçuların yaş limitinin 32 olmasını qəbul etməyə hazırlaşmasıdır.

Bu mənada bütün diqqətlər hazırda "sarı qırmızılar"ın uğurları üçün çalışan 33 yaşlı uruqvaylı qolkiperə yönəlib

Onun "Cimbom"la 1 illik müqaviləsi var. Mənbənin verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası təcrübəli qapıçıya jest edə də bilər.

Qeyd edək ki, Muslera 2011-ci ildə "Latsio" klubundan "Qalatasaray"a transfer edilib.

Mənbə: buta.ws