Taysonun yenidən döyüşə çıxmağını istəyirlər

Taysonun yenidən döyüşə çıxmağını istəyirlər

Əfsanəvi boksçu Mayk Tayson ona edilən təkliflə yenidən gündəmdədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, paylaşdığı məşq videoları ilə yenidən karyerasına davam edəcəyi söylənilən idmançıya təkrar rinqə çıxması üçün 1 milyon dollar təklif edilib.

Ondan 1995-ci ildə 89 saniyədə nokaut etdiyi Piter Maknili döyüşülməsi istənilib. Ancaq boksçu tərəfindən bu təklifə hansı cavab verilməsi barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Tayson karyerası ilə 11 iyun 2005-ci ildə vidalaşıb.

Mənbə: axsam.az