Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasında izlədi

Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasında izlədi

Futbol üzrə Almaniya II Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Nazarov qarşılaşmanın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə ehtiyatda qalıb.

Qeyd edək ki, 29 turdan sonra 38 xala malik “Erzgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Mənbə: www.oxu.az