Qadın idmançının məğlub olduğu döyüşdən sonrakı “selfi”si pərəstişkarlarını məyus etdi - FOTO

Qadın idmançının məğlub olduğu döyüşdən sonrakı “selfi”si pərəstişkarlarını məyus etdi - FOTO

Qarışıq döyüş növlərində çıxış edən qırğızıstanlı idmançı Antonina Şevçenko məğlub olduğu döyüşdən sonra “selfi”sini paylaşıb.

Qadın döyüşçü fotonu öz “Instagram” səhifəsində yerləşdirib.

A.Şevçenko qeyd edib ki, MMA (Qarışıq döyüş növləri) idmanın ən çətin növlərindən biridir.

“Ancaq bu, mənim yolumdur və daha güclü şəkildə geri qayıdacağam”, - deyə A.Şevçenko “selfi”yə yazdığı şərhdə qeyd edib.

İdmançının məğlub olduğu döyüşdən sonra üzündəki sıyrıntı və qançırlar pərəstişkarlarının diqqətindən yayınmayıb.

Mənbə: www.oxu.az