"Barsa" "Malyorka" səfərində, "Real" "Eybar"a qarşı - TƏQVİM

"Barsa" "Malyorka" səfərində, "Real" "Eybar"a qarşı - TƏQVİM

Koronavirus pandemiyası ilə əlaqədar olaraq dayandırılan İspaniya La Liqası 11 iyunda bərpa ediləcək.

Fanat.Az La Liqanın saytına istinadən xəbər verir ki, 28 və 29-cu turların təqvimi açıqlanıb. Çempionatın lideri "Barselona" 13 iyunda "Malyorka"nın qonağı olacaq. Oyun yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) start götürəcək. 14 iyuna təyin olunan "Real" - "Eybar" görüşü saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq.

Sequndada isə 32 və 33-cü turların oyun cədvəli məlum olub.

Mənbə: fanat.az