Şahmatçılarımız onlayn Avropa çempionatında uğurla çıxış ediblər

Şahmatçılarımız onlayn Avropa çempionatında uğurla çıxış ediblər

Bakı, 1 iyun, AZƏRTAC

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, qitə çempionatında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər. Şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında birinci, ümumi nəticədə isə ikinci olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

AZERTAG.AZ :Şahmatçılarımız onlayn Avropa çempionatında uğurla çıxış ediblər

Mənbə: azertag.az