Fenomen Ronaldo oyununu bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

Fenomen Ronaldo oyununu bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

"Real"ın və Braziliya millisinin keçmiş hücumçusu Ronaldo oyununu bəyəndiyi, xüsusi maraqla izlədiyi beş futbolçunun adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, fenomenin siyahısında "Yuventus"un ulduzu Kriştianu Ronaldunun adının yer almaması diqqət çəkib. Ronaldo "Daily Mail"ə açıqlamasında qeyd edib:

"Təbii ki, Messi nömrə birdi. Onun kimi istedadlar 20-30 ildən bir gəlir. Salah, Azar və Neymarı da bəyənirəm. Əlbəttə, Mbappenin oyununu izləməkdən də zövq alıram. Əksəriyyət onu mənimlə müqayisə edir. Aramızda bənzərliklər var, amma mən heç vaxt müxtəlif generasiyalar arasında müqayisə aparmağı sevməmişəm".

Fanat.Az

Mənbə: www.fanat.az