"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

"Neftçi”nin fransalı hücumçu Baqali Daboyla yolları ayıracağı barədə xəbər yaymışdıq.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, "ağ-qaralar” legioner forvardla bu gün rəsmən vidalaşacaq.

Müqaviləsinin müddəti başa çatan ön xətt oyunçusu Kipr "Apollon”u ilə danışıq apardığını özü də təsdiqləyib. Artıq ada klubu ilə imzalayacağı yeni müqavilənin şərtlərini razılaşdıran Dabo Azərbaycanı böyük ehtimalla, iyulda tərk edəcək.

Belə ki, sözügedən futbolçu "Neftçi” rəhbərliyinə qarşıdakı 8 matçda oynayacağı ilə bağlı söz verib.

Mənbə: www.fanat.az