"Neftçi" futbolçusu ilə müqaviləni uzatdı - Rəsmi

"Neftçi" futbolçusu ilə müqaviləni uzatdı - Rəsmi

“Neftçi” futbolçusu Anton Krivotsyukla müqaviləni uzadıb.

Qol.az paytaxt təmsilçisinin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci il mayın 31-dək nəzərdə tutulub.

Qeyd edək ki, millimizin üzvü bu mövsüm 24 oyunda meydana çıxıb və 4 qol vurub.

Mənbə: qol.az