MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, MY Haverts uğrunda mübarizədə favoritdi. "Qırmızı şeytanlar" 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı.

Cari mövsümdə 38 matçda meydana çıxan Havertsin aktivində 15 qol, 8 məhsuldar ötürmə var.

"Transfermarkt" portalı alman oyunçunun transferini 81 milyon avro dəyərində qiymətləndirir. Onun "Bayer"lə müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.

Mənbə: fanat.az