İngiltərə Premyer Liqası bu tarixdə bərpa olunacaq

İngiltərə Premyer Liqası bu tarixdə bərpa olunacaq

Koronavirus pandemiyası səbəbilə təxirə salınan İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlanıb.

Cebhe.info xəbər verir ki, oyunların iyunun 20-dən etibarən keçiriləcəyi gözlənilir. Bu barədə EPL məlumat yayıb.

Məlumatda bildirilir ki, matçlar 30 iyula qədər tamamlanmalıdır. Həmçinin qarşılaşmalar azarkeşlərin iştirakı olmadan baş tutacaq. Oyun ərzində komanda da yalnız 5 futbolçu dəyişikliyi ola bilər.

Qeyd edək ki, daha öncəki açıqlamada oyunların 17 iyunda başlanacağı deyilirdi.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info