Mika Hakkinen: “Mercedes”in pilotu Valtteri Bottas çempion tituluna layiqdir

Mika Hakkinen: “Mercedes”in pilotu Valtteri Bottas çempion tituluna layiqdir

Bakı, 1 iyun, AZƏRTAC

“Mercedes”in pilotu Valtteri Bottas çempion tituluna layiqdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 üzrə ikiqat dünya çempionu, finlandiyalı idmançı Mika Hakkinen deyib.

Bildirib ki, V.Bottasın “Mercedes”də mövqeyi əladır. O, yüksək səviyyəli pilotdur və hazırda karyerasının pik dövrünü yaşayır. Qarşıdakı mövsüm V.Bottasdan çox şey gözləyirəm. Onun çempion olmasından ötrü çox əziyyət çəkmişik. Həmyerlimin hamını qabaqlamaq üçün hər cür imkanı var. V.Bottas özü də səylə çalışır”.

Xatırladaq ki, M.Hakkinen həm də V.Bottasın menecerlərindən biridir.

Mənbə: azertag.az