"İnanın, heç özümüz də bilmirik" - "Sumqayıt" rəsmisi

"İnanın, heç özümüz də bilmirik" - "Sumqayıt" rəsmisi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından sonra artıq bir sıra klublarımızın məşq planları açıqlanıb. "Sumqayıt" da bugündən etibarən məşqlərə start verəcək.

Bu haqda klubun mətbuat katibi Rəşad Məmmədov Sport7.az-a açıqlamasında bildirib: "Yəqin ki, bugündən etibarən komanda məşqlərə başlayacaq. Hələ özüm də işə getməmişəm. Amma məşqçinin proqramına əsasən axşam saat 18.00 ya da 19.00-da məşqlərə start veriləcək. Məşqin detalları ilə bağlı məlumatım yoxdu".

Rəşad bəy komandanın koronavirus testindən keçdiyini də bildirdi: "Biz koronavirus testindən çoxdan keçmişik. Elə qərar verilən kimi komanda testə göndərildi".

"Sumqayıt" rəsmisi müqvilə məsələləri ilə bağlı bunları söylədi: "Elə bir sual verdiz ki, inanın heç nə ilə bağlı məlumatım yoxdu. Necə adaptasiya olacağıq, yoluna qoyacağıq, inanın heç bunu özümüz də bilmirik. Ən azı bir həftə zaman lazımdı ki, məsələləri yoluna qoyaq. Tək biz deyil, kimdən soruşsaz nəyin necə olacağını bilməyəcək. Bir az zaman lazımdı".

Səbuhi Nərimanoğlu

Mənbə: sport7.az