Sauldan gözlənilməz qərar - "Atletiko"dan ayrılır

Sauldan gözlənilməz qərar   - "Atletiko"dan ayrılır

"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes komandadan ayrılmağa hazırlaşır.

İspaniya millisinin üzvü "Twitter" hesabında 3 gün sonra yeni klubunun adını açıqlayacağını yazıb.

Britaniya mətbuatının iddiasına görə, 135 milyon funt-sterlinq satış maddəsi olan25 yaşlı yarımmüdafiəçi"Mançester Yunayted" almağa çalışır. "Qırmızı şeytanlar" Saula həftəlik 200 min funt-sterlinq maaş ödəməyə hazırdır.

Madrid "Real"ının yetirməsi 14 yaşında "Atletiko"ya keçib. Onun "hindular"la müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatacaq.

Mənbə: xezerxeber.az