Türkiyə millisinin üzvü ilə yeni müqavilə

Türkiyə millisinin üzvü ilə yeni müqavilə

Türkiyənin “Yeni Malatyaspor” klubu futbolçusu Gökhan Töre ilə müqavilənin müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gökhanla yeni sözləşmənin müddəti 2021-ci ilin yayına qədərdir. Əvvəlki müqavilə bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Yeni Malatyaspor”da 21 oyuna 2 qol vurub.

Mənbə: qol.az