“Neftçi” qaradərili futbolçusuyla yollarını ayırdı

“Neftçi” qaradərili futbolçusuyla yollarını ayırdı

“Neftçi” müdafiəçi Donald Gerye ilə yollarını ayırıb. Buna səbəb qaradərili futbolçunun müqavilə müddətinin başa çatması olub.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Klub haitili futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən yay “Neftçi”yə keçən Donald Gerye bu mövsüm 14 oyunda meydana çıxıb, 1 qol vurub.

Mənbə: yenisabah.az