UFC Makqreqora titul şansı verəcək: Növbəti rəqib Nurməhəmmədov ola bilər

UFC Makqreqora titul şansı verəcək: Növbəti rəqib Nurməhəmmədov ola bilər

UFC-nin rəhbəri Deyna Uayt yarışların eks-çempionu Konor Makqreqorun titul şansı qazanacağını açıqlayıb.

Bu barədə ESPN məlumat yayıb.

İrlandiyalı döyüşçü Həbib Nurməhəmmədov-Castin Qetji qarşıdurmasının qalibinin rəqibi olacaq.

Sözügedən döyüşün 2020-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur.

Mənbə: www.oxu.az