"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

"Arsenal" Pyer-Emerik Obameyanqı komandada saxlamaq niyyətindədi.

Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "Arsenal" yeni müqavilə ilə bağlı Obameyanqla danışıqlara başlayıb. "Topçular" 30 yaşlı futbolçuya 2 illik sözləşmə təklif edib. Obameyanq təklifi qəbul edəcəyi təqdirdə, ilinə 12 milyon avro qazanacaq.

Qabonlu hücumçunun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Cari mövsümdə 32 matçda meydana çıxan Obameyanqın aktivində 20 qol, 1 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az