Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

Lionel Messi, yoxsa Kriştianu Ronaldu? - bu səfər "Liverpul"un müdafiəçisi Deyan Lovren məşhur suala cavab tapmağa çalışıb.

Fanat.Az xəbər verir ki, xorvat futbolçu seçimini Messidən yana edib:

"Lionel Messi deyərdim. O, fərdi baxımdan meydanda digərlərinin bacarmadığı şeyləri edir. Leonun etdiklərini təkrarlamaq qeyri-mümkündü. Kriştianu Ronalduya gəlincə, o da fantastik oyunçudu".

Messi 6, Ronaldu isə 5 dəfə "Qızıl top" mükafatının qalibi olub.

Fanat.Az

Mənbə: fanat.az