İbrahimoviçin İtaliyaya qayıdacağı tarix müəyyənləşdi

İbrahimoviçin İtaliyaya qayıdacağı tarix müəyyənləşdi

Zlatan İbrahimoviç

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliyaya qayıdır.

"Report" "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, məşqdə zədələndiyi üçün mayın 27-də ölkəsinə yollanan isveçli hücumçu bu həftdə Milan şəhərində olacaq.

Zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək üçün 39 yaşlı forvard təkrar müayinədən keçəcək.

Topuğundan zədə alan İbrahimoviçin 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Milan"ın heyətində 10 oyun keçirib və 4 qol vurub.

Mənbə: report.az