Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

"Bavariya"da icarə əsasında çıxış edən, "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını "Çelsi"də davam etdirə bilər.

Fanat.Az "Express"ə istinadən xəbər verir ki, "Çelsi" Koutinyu uğrunda mübarizədə favoritdi. Tərəflərin yaxın günlərdə rəsmi danışıqlara başlayacağı bildirilir. Digər ingilis nəhəngləri - "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl" da 27 yaşlı futbolçu ilə yaxından maraqlanırlar.

"Transfermarkt" portalı Koutinyunun transferini 56 milyon avro dəyərində qiymətləndirir.

Cari mövsümdə 32 qarşılaşmada meydana çıxan Koutinyunun aktivində 9 qol, 8 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az