AFFA millimizin baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqları bərpa etdi

AFFA millimizin baş məşqçisi vəzifəsinə namizədlərlə danışıqları bərpa etdi

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik. Milllətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

Mənbə: report.az