A seriyasının təqvimi açıqlanıb

A seriyasının təqvimi açıqlanıb

İtaliya A seriyasında mövsümün qalan turlarının təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionat iyunun 20-də start götürəcək.

Ayın 20-21-də XXV turdan qalan 4 qarşılaşma baş tutacaq. İlk olaraq meydana "Torino" ilə "Parma" çıxacaq. İyunun 22-24-ü aralığında isə XXVII turun matçları oynanılacaq.

Hələlik yalnız son 3 turun görüşlərinin dəqiq tarixi açıqlanmayıb. A seriyasında mövsümə avqustun 2-də yekun vurulacaq.

Qeyd edək ki, İtaliya A seriyası mart ayında dayandırılıb. Hazırda "Yuventus" 63 xalla turnir cədvəlinə başçılıq edir.

Mənbə: apa.az