Azarkeşlər oyuna parklama sahəsində baxırlar - FOTO

Azarkeşlər oyuna parklama sahəsində baxırlar - FOTO

Danimarkanın "Midtüllann" futbol klubu ev oyunlarında azarkeşlərini sevindirməyi qərara alıb.

"Report"un məlumatına görə, fanatlar üçün sevimli komandalarını hazırkı şərtlərdə ən yaxın məsafədən dəstəkləmək imkanı yaradılıb.

Stadionlara giriş qadağan olunsa da, "MCH Arena" yaxınlığındakı parklama sahəsində böyük ekran qurulub. Həmin ərazidə "Midtüllann"a azarkeşlik etmək olar.

Qeyd edək ki, Danimarka Super Liqasının XXV turunda "Midtüllann" evdə "Horsens"ə uduzub - 0:1. Bununla belə, Herninq şəhərinin təmsilçisi 62 xalla liderdir və ən yaxın izləyicisi "Kopenhagen"i 9 xal qabaqlayır.

Mənbə: report.az