"Geryenin əvəzinə daha güclüsü, daha sərfəlisi gələcək"

"Məşqçilər heyəti ilə aparılan müzakirələrdən sonra Gerye ilə vidalaşmaq daha uyğun variant hesab edildi".

Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin sözçüsü Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi qalan 8 Premyer Liqa oyununa çıxmaq istəmədən klubdan ayrılan Vild-Donald Geryenin Bakı təmsilçisi ilə vidalaşmasına münasibət bildirib. O, haitili futbolçunun çıxıç etdiyi mövqeyə yeni futbolçu transfer ediləcəyini açıqlayıb:

"Geryenin müqaviləsinin müddəti başa çatırdı. Futbolçu "Neftçi" ilə 1+1 şərti ilə müqavilə bağladığından klub onu saxlaya bilərdi. Belə deyim, əvəzinə ondan daha güclüsü və maddi baxımdan daha sərfəlisi gələcək".

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Əlvida kapitalizm! - Yeni sistem yaradılır

SONRAKI XƏBƏR

“Leypsiq” səfərdə qələbə qazandı