"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu heyətinə qatır

Tallison Auqusto

"Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.

"Report" "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.

O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Eli Lilly” şirkəti koronavirusa qarşı vaksini insanlar üzərində klinik sınaqdan keçirməyə başlayıb

SONRAKI XƏBƏR

Prezidenti: "Bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır”