Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

Futbol üzrə Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatdırılıb.

"Report" Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib.

22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci yeri isə 42 xalla "Jelezniçar" tutub.

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağıdakı dəstəyə düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda zəncirvari qəza tıxaca səbəb oldu

SONRAKI XƏBƏR

İspaniyada koronavirusdan ilk dəfə heç kəs ölməyib