Əfsanəyə 2 addım qaldı – Verner

Əfsanəyə 2 addım qaldı – Verner

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Timo Verner Bundesliqanın cari mövsümündə 15-ci səfər qoluna imza atıb.
Apasport.az saytının məlumatına görə, XXIX turun “Köln”lə matçına 4:2 hesablı qələbədə pay sahibi olan hücumçu çempionatın tarixində ikinci göstəriciyə şərik çıxıb.
Vernerə qədər Herd Müller 1971/72, Edin Dzeko 2009/10, Pyer-Emerik Obameyanq 2016/17 mövsümündə rəqib meydanlarında 15 dəfə fərqlənib. Bundesliqa tarixinin rekordu isə əfsanəvi Yupp Haynkesə məxsusdur. O, 1973/74 mövsümündə 17 səfər qoluna sevinib. Verneri əfsanədən iki addım – 2 top ayırır.
Timo həm də mövsümdə 25-ci qoluna imza atıb. O, “Böyük beşlik”də 3-cü futbolçudur ki, 2019/20 mövsümündə bunu bacarır. 24 yaşlı almaniyalıya qədər Robert Levandovski (“Bavariya”) Bundesliqada 29, Çiro İmmobile (“Latsio”) A seriyasında 27 dəfə fərqlənib.

Mənbə: lent.az