"Neftçi" yetirməsi ilə müqaviləni uzatdı

"Neftçi" yetirməsi ilə müqaviləni uzatdı

Ömər Buludov

"Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, flaqman yetirməsi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşmanı daha 1 illiyə artırıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Mənbə: report.az