"Real"ın ev oyunları "Santyaqo Bernabeu"da keçirilməyəcək - Rəsmi

"Real"ın ev oyunları "Santyaqo Bernabeu"da keçirilməyəcək - Rəsmi

"Real"ın prezidenti Florentino Peres La Liqa yenidən başladığı zaman qalan ev oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcəklərini açıqlayıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o bildirib ki, stadionda yenidənqurma işlərinə davam edə bilmək üçün bu qərarı veriblər. Klub prezidenti qalan matçların "Real"ın ikinci komandası -"Kastilya"nın ev oyunları keçirdiyi Alfredo Di Stefano stadionunda olacağını vurğulayıb.

Bu qərarla "Santyaqo Bernabeu"da yenidənqurma işlərinin 2022-ci ildən tez başa çatacağı gözlənilir.

Mənbə: qol.az