"Beşiktaş" "Qarabağ"ın qapıçısını alır - Danışıqlar başlandı

İstanbul təmsilçisi "Beşiktaş" bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi heyətinə qatmağa hazırlaşır.

Publika.az xəbər verir ki, transfer hüququ "Bournmut"da olan təcrübəli qapıçı üçün ingilis klubu ilə erkən görüş keçirilib.

Hava toplarında son dərəcə uğurlu olan 32 yaşlı qapıçının "ağ-qaralar"ın marağından xəbərdar olduğu və İstanbula getməyə isti baxdığı bildirilib.

Qeyd edək ki, Asmir Beqoviçin "Bournmut"la müqaviləsi növbəti mövsüm başa çatır. "Beşiktaş" qapıçını transfer hüququ ilə birlikdə almaq niyyətindədir.

Xatırladaq ki, Beqoviç karyerasının böyük hissəsini İngiltərədə keçirib. Adada 7 müxtəlif komandanın formasını geyinib. 2015-2017-ci illərdə "Çelsi"də oynayıb. 2019-cu ildə "Qarabağ" təcrübəli seyveri icarəyə götürüb. Beqoviç bu il Ağdam təmsilçisini "Milan"a dəyişib.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Tacikistan Prezidenti Putinə “hə” dedi – Moskvaya gedəcək

SONRAKI XƏBƏR

Məşhur müğənni kənd həyatını seçdi - FOTO