"Barselona"nın 5 futbolçusu koronavirusdan sağalıb

"Barselona"nın 5 futbolçusu koronavirusdan sağalıb

"Barselona"nın 5 futbolçusu və 2 işçisi koronavirus pandemiyasını keçirib.

Qol.az "RAC1"ə ostomadən xəbər verir ki, koronavirus səbəbindən fasilənin əvvəlində onlarda virus aşkarlanıb. Ancaq futbolçular və işçilər xəstəliyi simptomlarsız keçiriblər. Həmin şəxslərin hazırda tam sağlam olduğu vurğulanıb. Koronavirusdan sağalan futbolçuların oynamağa hazır olduğu bildirilib.

"Barselona" daha əvvəl koronavirus testlərinin hamısının neqativ çıxdığını açıqlayıb.

Mənbə: qol.az