"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

"Neftçi” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Fanat.Az "globoesporto.globo.com” saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Braziliyanın "Quarani” klubundan Auqusto Tallisonu heyətə qatmağa yaxındı.

Bakı təmsilçisi 29 yaşlı braziliyalı müdafiəçiylə razılıq əldə edib və onunla üç illik müqavilə imzalayacaq. "Ağ-qaralar” Tallisona komandadan ayrılan haitili müdafiəçinin - Vild-Donald Geryenin əvəzləyicisi gözüylə baxır.

Tallison "Quarani”dən əvvəl Braziliyada "Flamenqo”, "Seara”, "Vitoria”da top qovub. O, bir müddət Belçika "Sent-Trüden”ində də çıxış edib.

Mənbə: fanat.az