Özünü zombi kimi aparır

Özünü zombi kimi aparır

PSJ-nin futbolçusu Anxel Di Mariyanın səhhəti qaydasında deyil. Kaspi.az xəbər verir ki, PSJ-nin həkimləri onun səhhəti ilə bağlı narahatdırlar. Artıq həkimlər məsələ ilə bağlı rəhbərliyi məlumatlandırıblar. Argentinalı futbolçu yuxusuzluqdan və depressiyadan əziyyət çəkir. Məlumata görə, futbolunun belə hala düşməsinə, koronavirusa epidemiyası ucbatından çempionatın dayanması səbəb olub. Di Mariyanın həyat yoldaşı yaxınlarına bildirib ki, futbolçu özünü zombi kimi aparır. Fransa çempionatı koronavirusa görə yarımçıq dayandırılıb və PSJ çempion elan edilib.

Mənbə: kaspi.az