Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

Rusiya Premyer Liqasının iyunun 19-da bərpa ediləcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Dmitri Çernışenko məlumat verib:

"Futbola, xüsusilə də milli çempionatımıza, o cümlədən hokkeyə həmişə xüsusi maraq olub. Futbol 19 iyunda həyatımıza qayıdacaq. Həmin gün Premyer Liqa bərpa olunacaq".

Rusiya çempionatında mövsümün 22 iyula kimi başa çatdırılması planlaşdırılır.

Çernışenko azarkeşlərin stadionlara buraxılacağını da bildirib. İndilik tribunaların maksimum 10% dolmasına icazə veriləcək.

Fanat.Az

Mənbə: fanat.az