Qattuzoya ağır itki

Qattuzoya ağır itki

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzoya ağır itki üz verib.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu gün italiyalı mütəxəssisin bacısı Françesko 37 yaşında dünyasını dəyişib. Fevral ayından xəstəxanaya yerləşdirilən və o vaxtdan reanimasiyada olan Françeskonun ölüm səbəbi haqda dəqiq məlumat verilməyib.

Qattuzonun bacısının ölüm xəbərini "Napoli"nin bazasında olarkən aldığı bildirilib.

Mənbə: qol.az