"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

"İnter"in sabiq prezidenti Massimo Moratti Lautaro Martinesin gələcəyi ilə bağlı danışıb.

Fanat.Az "Sportmediaset"ə istinadən xəbər verir ki, Moratti "İnter"in argentinalı futbolçunun transferinə razılıq verməli olduğunu düşünür:

"Getmək istəyəni saxlamazlar. Əks halda, o, iradəsinə qarşı çıxmalı olacaq və futbola tamamilə fərqli formada yanaşacaq".

Son məlumatlara görə, "Barselona" Lautaro Martineslə müqavilənin şəxsi detallarını razılaşdırıb.

Fanat.Az

Mənbə: fanat.az