Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

"Spartak”ın əvəzedici komandasına göndərilən Ayaz Quliyevlə AFFA növbəti dəfə əlaqə saxlayıb.

Fanat.Az-ın xəbərinə görə, qurumun baş katibi Elxan Məmmədov yarımmüdafiəçinin düşdüyü durumla maraqlanıb.

Yetirməsi olduğu Moskva təmsilçisində ümidləri doğrultmayan və bu komandada uğurlu karyera quracağı inandırıcı görünməyən Quliyev Azərbaycan millisində oynamaqla bağlı hələ qərar vermədiyini və buna hazır olmadığını söyləyib. Orta xətt oyunçusu Rusiyada legioner statusuyla klub tapmağa çətinlik çəkəcəyini vurğulayıb.

Fanat.Az

Mənbə: fanat.az