Məşhur futbolçu Türkiyə polisini Amerika polisi ilə müqayisə etdi

Türkiyənin "Beşiktaş" futbol klubunun canlı əfsanəsi, fransız əsilli Paskal Nouma ABŞ-da ağdərili polisin qaradərili vətəndaşı dizləri altında boğub öldürməsinə özünəməxsus şəkildə reaksiya verib.

Moderator.az-ın məlumatına görə, məşhur futbolçu ABŞ polislərini Türkiyə polisləri ilə müqayisə edib. Heç zaman Türkiyədə irqi ayrı-seçkiliyə məruz qalmadığını qeyd edən legioner futbolçu sosial media hesabında türk polisi ilə birgə çəkdirdiyi fotolarını paylaşaraq yazıb:

"Türk polisini sevirəm. Türk polisi mənim polisimdir. İnternet istifadəçiləri məni sevdiklərini və "Fransada doğuldu, fəqət türk oğlu türk oldu" yazıblar. Bəli! Bu da bir həqiqətdir. Türk polisini nə qədər sevsək, onlara görə nə qədər şükür etsək, yenə azdır".

On minlərlə fanatı Paskal Noumaya sevgilərini çatdıraraq onunla fəxr etdiklərini bildiriblər.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Yeni Nissan Z modeli videoçarxda nümayiş etdirilib - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanda koronavirusa görə nəzarətə götürülən kənddən VİDEOREPORTAJ