“Barselona” Martineslə maraqlanır

“Barselona” Martineslə maraqlanır

“Barselona” futbol klubu “İnter”in hücum­çusu Lautaro Martinesi transfer etməyə çalışır. Bildirilir ki, La Liqa təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün 90 milyon avro və əlavə bir oyunçunu təklif edərək “İnter”lə razılığa gəlməyə çalışır.

Qeyd edilir ki, əgər transfer baş tutarsa, o, yeni klu­bunda ildə 12 milyon avro maaş alacaq. Yeri gəlmişkən, L.Martinesin “Barselona”nın tranfer təklifinə müsbət yanaşdığı bildirilir.

Mənbə: xalqqazeti.com