İtaliya A Seriyasının formatı dəyişə bilər

İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formarda keçirilə bilər.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, yeni mövsüm sentyabrın 12-dən tez başlamasa, dəyişiklik baş verəcək.

Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək ehtimalını nəzərdən keçirir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar.

Daha öncə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yeni mövsümə sentyabrın 12-də başlaya bilməyəcəkləri təqdirdə dəyişiklik edəcəklərini söyləyib.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sosial şəbəkələr qaraya büründü - Fotolar

SONRAKI XƏBƏR

İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından 31 il keçir